Xəbər lenti

Bakıda evakuator qaydanı belə pozdu (VİDEO)
Ölkə18:00 29.09.2017

Bakıda evakuator qaydanı belə pozdu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Həmin ərazidə saat 09:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinə yolun kənarında dayanmağa icazə verilir.

Bakının “Memar Əcəmi” metrostansiyası yaxınlığında evakuator yol hərəkəti qaydalarını pozub.

Bizimyol.info baku.ws-ə istinadən xəbər verir ki, yolun kənarında dayanan avtomobili cərimə meydançasına aparmaq istəyən evakuatorun sürücüsü özü də qaydalara əməl etməyib.

Belə ki, sayrışan işıqları qoşmayan evakuatorun sürücüsü yolun əks istiqamətində dayanaraq avtomobili yük hissəsinə qaldırmağa çalışır. Videonu göndərən sakinlər iddia edirlər ki, həmin ərazidə saat 09:00-dan 18:00-a qədər nəqliyyat vasitələrinə yolun kənarında dayanmağa icazə verilir. Evakuator sürücüsünün bu hərəkəti yolda avtomobillərin hərəkətinə də mane olur.

Qaynarinfo.Az