Bakının Binəqədi rayonu Sulutəpə qəsəbəsi R.Allahverdiyev küçəsindəki evlərdən birində partlayış baş verib.
Trend Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən xəbər verir ki, Şəfahət Cənnətəliyevanın evində qaz sobası ilə ehtiyatsız davranıldığından yanğına keçən ani partlayış baş verib.
Nəticədə dağıntı olmayıb, yanıq xəsarəti almış Ş.Cənnətəliyeva xəstəxanaya yerləşdirilib.