Xəbər lenti

Bakıda evləri su basdı
Ölkə07:35 25.01.2015

Bakıda evləri su basdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gecə saatlarında paytaxtda yağan yağış bəzi sakinlərə çətinlik yaradıb.
Qaynar.info Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri ərazisində yağan yağışlar nəticəsində, Xətai rayonunda yerləşən 3 fərdi yaşayış evinin həyətyanı sahəsinə su dolub.
Nəticədə, vətəndaşların evdən çıxması çətinləşib. 
Hadisə yerinə xilasedicilər cəlb edilib, aidiyyəti qurumlar məlumatlandırılıb. 
Keçirilmiş əməliyyat zamanı 5 nəfər təhlükəsiz əraziyə köçürülüb. 
Əməliyyat saat 06:22-də başa çatıb.
Qaynar.info