Xəbər lenti

Bakıda faciə: 51 yaşlı kişi Xəzərdə batdı
Ölkə13:10 25.09.2016

Bakıda faciə: 51 yaşlı kişi Xəzərdə batdı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Suraxanı rayonunda dənizdə (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 5 km aralı, nəzarətsiz ərazidə) 1 nəfərin batması barədə məlumat daxil olub. 
Qaynarinfo.Az nazirliyin saytına istinadən xəbər verir ki, dərhal Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub və 1965-ci il təvəllüdlü, Ağamirzəyev Şaiq Şahmirzə oğlunun cəsədi batdığı yerdən 30 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 14:05-də başa çatıb.
Qaynarinfo.Az