Xəbər lenti

Bakıda faciəvi yol qəzası - 2 ölü, 2 yaralı
Ölkə05:09 13.08.2014

Bakıda faciəvi yol qəzası - 2 ölü, 2 yaralı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda ağır yol qəzası baş verib.

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.
 
Bakı şəhər sakini, 24 yaşlı Süleyman Həbibov idarə etdiyi “VAZ-2107” markalı, 90 NP 360 dövlət nömrə nişanlı maşınla yolu keçən piyada, 1978-ci il təvəllüdlü Zahid Kəlbiyevi vurub. Daha sonra idarəetməni itirən sürücü maşını yol kənarındakı “KamAZ” markalı yük maşınına çırpıb.
 
Nəticədə sürücü S. Həbibov və piyada aldıqları xəsarətdən hadisə yerindəcə dünyasını dəyişiblər.
 
“VAZ-2107”də olan iki sərnişin isə ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.
 
Faktla bağlı cinayət işi başlanıb, araşdırmalar davam etdirilir.

Qaynar.info