Xəbər lenti

Bakıda fəhlə olümü ilə oynayır - VİDEO
Ölkə06:06 03.09.2014

Bakıda fəhlə olümü ilə oynayır - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda insanın həyatının bir qəpiklik olduğunu göstərən hal yaşanıb. 

Qaynar.info xəbər verir ki, oxucuların Milli.Az-a göndərdikləri videoda bu, tam çılpaqlığı ilə görünür. Dünən Füzuli küçəsində, Qış parkının yaxınlığında binanın üzlənməsində işləyən fəhlə öz ölümü ilə oyun oynayır. Ayaqları yalın, heç bir təhlükəsizlik qaydalarına əməl etmədən işləyən fəhlə hər an yıxılaraq həyatını itirəcəyini anlamır. Görünür, onu işlədən şəxslərin də insan həyatı vecinə deyil. 

Təhlükəli vəziyyətdə işləyən fəhləni görən insanlar Fövqəladə Hallar Nazirlyinin 112 xidmətinə zəng edərək təhlükəli vəziyyət barədə məlumat veriblər, lakin aldıqları cavab da insana olan qiymətsizliyi bir daha göstərib. Operator bildirib ki, buna birbaşa cavabdeh işi həyata keçirən şirkət və onu rəhbərliyidir. 

Qaynar.info