Xəbər lenti

Bakıda fəlsəfə doktoru dələduzluğa görə həbs olundu
Ölkə13:04 30.05.2015

Bakıda fəlsəfə doktoru dələduzluğa görə həbs olundu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda dələduzluqla məşğul olan qadın saxlanılıb.
Qaynar.info APA-ya istinadən xəbər verir ki, həyata keçirilən əməliyyat axtarış tədbirləri nəticəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən  Cinayət Məcəlləsinin 178.3.2 (küllü miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə axtarışda olan 1968-ci il təvəllüdlü Sevinc Mahmudəli qızı Tanqudur yaşadığı Xətai rayonu ərazisində tutulub.
Qeyd edək ki, S. Tanqudur memarlıq üzrə fəlsəfə doktorudur. 
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info