Xəbər lenti

Bakıda film kimi oğurluq
Ölkə12:05 29.03.2015

Bakıda film kimi oğurluq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda filmlərdə gördüyümüz üsulla oğurluq hadisəsi baş verib. 

Qaynar.info-nun əldə etdiyi məlumata görə, hadisə Bakıxanov qəsəbəsində baş verib. N.İsmayılov küçəsində yaşayan 1957-ci il təvəllüdlü Aida Yeqanova oğurluq barədə polisə müraciət edib. 

O bildirib ki, 2012-ci ildən bu ilin martın 25-ə kimi evində xadimə işləyənlər 55 yaşlı Gülnarə Məhərrəmova və 40 yaşlı Validə Bəxtiyarova qızıl-zinət əşyalarını və brilyant qaşları saxtaları ilə dəyişdirərək originalları oğurlayıblar. 

Hadisəni törədənlər saxlanılıb. 

Qaynar.info