Bakının Yeni Yasamal ərazisində yol-nəqliyyat hadisəsi baş verib.
Qaynarinfo-nun məlumatına görə, hadisə Yasamal rayonunda, Yeni Yasamal massivi, Məhəmməd Xiyabani küçəsində qeydə alınıb.
Yolun əks istiqamətlərindən qarşı-qarşıya gələn "Galendvagen" markalı avtomobillə SAB şirkətinə məxsus, dövlət nömrə nişanlı 99 JK 578 "Ford” markalı mikroavtobus toqquşub.
Hadisədən dərhal sonra "Galendvagen" markalı avtomobilin sürücüsü dövlət nömrə nişanını gizlətməyi də unutmayıb.
Hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki avtomobillərə ciddi ziyan dəyib. Hadisə zamanı yol kənarında dayanan 99 MC 585 markalı mikroavtobus da qismən zədələnib.
Hadisə yerinə yol polisi əməkdaşları cəlb edilib.
Əhməd