Xəbər lenti

Bakıda gecə avtoxuliqanlıq edən şəxs həbs olundu (VİDEO)
Ölkə13:58 19.01.2025

Bakıda gecə avtoxuliqanlıq edən şəxs həbs olundu (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Şəhər DYP İdarəsinin əməkdaşları tərəfindən paytaxt ərazisində yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq avtoxuliqanlıq hərəkətləri edən "Kia” markalı, 01-CL-379 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü İbrahim Şükürov saxlanılıb.
Bakı şəhər DYP-nin mətbuat xidmətindən verilən məlumata görə, sürücü barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələrinə əsasən inzibati protokol tərtib edilərək baxılması üçün aidiyyəti məhkəməyə göndərilib.
Məhkəmənin qərarı ilə İ.Şükürovun sürücülük hüququ 1 il müddətinə məhdudlaşdırılıb və o, 15 sutka inzibati qaydada həbs edilib.