Xəbər lenti

Bakıda gecə klubunda modeli döydülər
Ölkə16:37 09.08.2015

Bakıda gecə klubunda modeli döydülər

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda gecə klubunda gənc qadına qarşı zorakılıq olub. 
Qaynar.info lent.az-a istinadən xəbər verir ki, 8-ci Polis Bölməsinə müraciət edən 1989-cu il təvəllüdlü Şeydayeva Aynur Səhrab qızı Bibiheybət qəsəbəsində yerləşən “Energy” klubda tanımadığı şəxsin hücumuna məruz qaldığını bildirib. 
26 yaşlı qadın qeyd edib ki, avqustun 2-də gecə saat 03:30 radələrində klubda tanımadığı şəxs mübahisə zəmnində onu döyərək müxtəlif dərəcəli xəsarətlər yetirib.
Müraciət əsasında araşdırma aparılır.
Qeyd edək ki, Aynur Şeydayeva “Miss Eurovision of Azerbaijan” gözəllik müsabiqəsinin iştirakçısı olub. 
Qaynar.info