Bakı şəhərində ailə övlad gözləyərkən faciə baş verib. Doğuş zamanı gənc qadın həyatını itirib.
Hadisə Dəmiryolu Xəstəxanasında baş verib. Nəsimi Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, ötən gün səhər saatlarında Yasamal rayon sakini olan 23 yaşlı Həlimə Əzimova doğuş üçün Dəmiryolu Xəstəxanasına aparılıb. Lakin doğuş uğurlu alınmayıb. H.Əzimova kəskin qan itirmədən keçinib.