Xəbər lenti

Bakıda gənc qız niyə intihar etmək istədi? – FOTOLAR
Ölkə06:37 18.03.2014

Bakıda gənc qız niyə intihar etmək istədi? – FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Qızın sevgilisi də hadisə yerinə gəlib

Dünən “28 May” metrostansiyasının qarşısında yerləşən çoxmərtəbəli binanın sonuncu mərtəbəsindən özünü atmaq istəyərkən xilas edilən qızın kimliyi bilindi.

Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, intihara cəhd edən xanımın 20 yaşlı Bəturə Məlikova olduğu məlum olub.

Qız sevgilisi ilə problemlər yaşadığına görə intihara cəhd etmək istəyib, o sevgilisi ilə ayrılıb.

Hadisədən sonra o, binanın arxa girişindən çıxardılaraq ərazi üzrə 22-ci polis bölməsinə aparılıb. Bölmədə dindirilən gənc qız və onun ifadəsində dediyi sevgilisinin kimliyi araşdırılır.

İlkin məlumata əsasən, qız sevgilisi hadisə yerinə gəldikdən sonra intihara cəhddən imtina edib.

Qaynar.info

Fotolar Oxu.az-ındır