Xəbər lenti

Bakıda gənc qızın öd kisəsi əvəzinə qara ciyərini kəsdilər - ŞOK VİDEO
Ölkə17:52 01.09.2013

Bakıda gənc qızın öd kisəsi əvəzinə qara ciyərini kəsdilər - ŞOK VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycan səhiyyəsində daha bir nonsensin üstü açılıb. 

Musavat.com-un məlumatına görə, Elnarə Məhərrəmova adlı gənc qız öd kisəsi əvəzinə qara ciyərinin əməliyyat olunduğunu iddia edir. 

Onun sözlərinə görə, öd kisəsindəki ağrılarla əlaqədar Respublika Kliniki Xəstəxanasına müraciət edib. Həkimlər qıza dövlət xəstəxanasında yox, özəl klinikada əməliyyat olunmağı təklif ediblər. Adətən, 40 dəqiqə davam edən əməliyyat 3 saat çəkib. Həkimlər elədikləri səhvi xəstədən gizlədiblər. Qız iki ay yataqda qalmalı olub. 

Kanal13 Elnarə Məmmədovanın şok videoaçıqlamasını yayıb:

Qaynar.info