Xəbər lenti

Bakıda gey və lezbiyanlar Qobustana yürüş etdi - VİDEO
Ölkə11:31 21.05.2014

Bakıda gey və lezbiyanlar Qobustana yürüş etdi - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Azərbaycandakı gey və lezbiyanlar yürüş keçirib. 

"Qafqazinfo" LGBT Azərbaycanın Facebook səhifəsinə istinadən xəbər verir ki, 17 May Beynəlxalq Homofobiya və Transfobiya ilə Mübarizə Günü ilə əlaqədar Nəfəs LGBT Azərbaycan Alyansı tədbir keçirib. Tədbir Niderland Krallığının Azərbaycandakı səfirliyinin dəstəyi ilə həyata keçirilib. 

Simvolik olaraq Qobustana edilən yürüş “Qobustan Qədər Tariximiz Var!” şüarı adı altında baş tutub. Tədbirin keçirilməsində əsas məqsəd cəmiyyətdə olan “LGBT hüquqları Avropadan gəlmədir, bütün LGBT insanlar Avropaya getsin” fikirlərini səsləndirən cəmiyyətə qarşı “Qobustan Qədər Tariximiz Var!” mesajını çatdırmaq olub.