Xəbər lenti

Bakıda girov götürülən 29 yaşlı oğlan hələ də tapılmayıb
Ölkə15:52 30.09.2018

Bakıda girov götürülən 29 yaşlı oğlan hələ də tapılmayıb

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bir neçə gün əvvəl Baki sakini oğlunun girov götürülməsi ilə bağlı polisə müraciət edib.
Qaynarinfo publika.az-a istinadən xəbər verir ki, Nizami rayon Polis İdarəsinə müraciət edən Gülşən Qəribova Naxçıvanski küçəsində yaşadığını və oğlu, 1989-cu il təvəllüdlü Anarın sentyabrın 22-dən itkin düşdüyünü bildirib. Qadın şikayət ərizəsində qeyd edib ki, ayın 22-də oğlu Habil və İxtiyar adlı tanışları ilə Gürcüstana getmək adı ilə evdən çıxıb. Lakin o, bir müddət Anardan xəbər ala bilməyib. Nəhayət, sentyabrın 27-də Habil adlı şəxs Gülşən Qəribovaya zəng edərək oğlunu girov saxladıqlarını bildirib. Həmin şəxs Anarın azad edilməsi üçün 5 min manat tələb edib.
Girov götürüldüyü bildirilən şəxsi tapmaq hələ də mümkün olmayıb. Hazırda əməliyyat-axtarış tədbirləri davam etdirilir.