Bakıda güclü külək bir sıra fəsadlar törədib.
Qaynarinfo "Report"a istinadən xəbər verir ki, hadisələrdən biri Yasamal rayonunun Hüseyn Cavid prospektində qeydə alınıb.
Belə ki, güclü küləyin təsirindən prospektdəki yaşayış binasının damı uçub.
Hazırda həmin ərazidə təmir-bərpa işləri aparılır.
1 / 9