Bakıda güclü külək hündürmərtəbəli binanın üstündəki su çənini aşırıb.
Qaynarinfo-nun report-a istinadən xəbərinə görə, Yasamal rayonu, 586-cı məhəllə, Ə.Ələkbərov küçəsi 97D ünvanında baş verən hadisə zamanı çən binanın həyətində dayanmış avtomobilin üstünə düşüb.
Hadisə nəticəsində həmin avtomobilə ciddi ziyan dəyib, digər avtomobillərin isə güzgüləri sınıb.