Xəbər lenti

Bakıda güclü külək ölüm gətirdi
Ölkə13:56 02.09.2013

Bakıda güclü külək ölüm gətirdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
 Bakıda 77 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

Qaradağ rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün rayonun Lökbatan qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 77 yaşlı Əhəd Abdullayev güclü külək nəticəsində ağacdan yıxılıb. Hadisə yerinə gələn təcilli yardım ilə xəstəxanaya aparılan Ə. Abdullayev yolda dünyasını dəyişib.
 
Faktla bağlı araşdırma aparılır.