ANS PRESS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəsəbənin Rəşid İsmayılov küçəsində 16 mərtəbəli yeni inşa olunmuş binanın 1-ci mərtəbəsində şirniyyat sexində güclü partlayış olub.
İlkin məlumatlara görə, partlayış nəticəsində 1 nəfər ölüb, 6 nəfər isə yaralanıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, Binəqədi polisi və Binəqədi Rayon İcra Hakimiyyətinin başçısı gəlib.
İlkin ehtimallara görə, partlayış qaz sızmasından baş verib.