Xəbər lenti

Bakıda güclü partlayış: yaralı var
Ölkə19:28 30.01.2015

Bakıda güclü partlayış: yaralı var

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda güclü partlayış baş verib. Qaynar.info Fövqəladə hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Nəsimi rayonunda birmərtəbəli çoxmənzilli kommunal tipli yaşayış binasında məişət qazının sızması nəticəsində partlayış hadisəsi baş verib.
Yanğın hadisəsi olmayıb. Partlayış nəticəsində vətandaşlara məxsus beş mənzilin qapı və pəncərələri çərçivədən çıxıb, arakəsmə divarları uçub. Hadisə zamanı 1 nəfər yüngül yanıq xəsarəti alıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Qaynar.info