Paytaxtın Sabunçu rayonu, Kürdəxanı qəsəbəsindəki qamışlıqda yanğın baş verib.
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətindən Qaynar.info-ya verilən məlumata görə, nəticədə 500 kv.m sahədə qamışlıq yanıb.
Yaxınlıqdakı yaşayış evləri yanğından mühafizə olunub.
Yanğın saat 15:39-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
Qaynar.info