Xəbər lenti

Bakıda güclü yanğın: 30 nəfər təxliyyə olunub - FOTOLAR
06:00 07.03.2015

Bakıda güclü yanğın: 30 nəfər təxliyyə olunub - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Səbail rayonunda üçmərtəbəli yaşayış binasında yanğın baş verib.

Qaynar.info-nun FHN-ə istinadla verdiyi xəbərə görə, yanğın binanın 2-ci mərtəbəsində başlayıb.

Hadisə yerinə dərhal FHN yanğından mühafizə xidmətinin əməkdaşları gəliblər. Yanğın zamanı binadan 30 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub. Yanğın söndürülüb və alovun qonşu mənzillərə keçməsinin qarşısı alınıb.

Hadisə nəticəsində iki mənzilin yanar konstruksiyaları yansa da, xəsarət alan olmayıb.

Hazırda yanğının baş vermə səbəbləri araşdırılır.

Qaynar.info

Oxşar xəbərlər