Xəbər lenti

Bakıda güclü yanğın - Hərəkət iflic oldu - YENİLƏNİB-FOTOLAR
Ölkə17:12 12.05.2014

Bakıda güclü yanğın - Hərəkət iflic oldu - YENİLƏNİB-FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda axşam saatlarında güclü yanğın qeydə alınıb. 

Xətai rayonu, Babək prospektindəki zibilxanada baş verən yanğının qarşısını alınıb.

Hadisə şahidlərinin APA-ya verdiyi məlumata görə, avtomobil təmiri sexlərinin yerləşdiyi ərazidə yerləşən zibilxanaya tez alışan maddələr atıldığından yanğının əhatə dairəsi daha da genişlənib.

Ərazidə yaşayanlar tez "112" qaynar telefon xəttinə zəng vuraraq məlumat veriblər. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsinin Xətai Rayon Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub.

 Baş verən yanğın tez bir zamanda söndürülərək alovun yaxınlıqdakı evlərə keçməsinin qarşısı alınıb. Yanğının baş vermə səbəbləri araşdırılır.

______

21:38

Hadisə paytaxtın Babək prospekti ərazisində baş verib. 

Qaynar.info xəbər verir ki, Milli.Az-ın hadisə yerində olan əməkdaşının məlumatına görə, prospektin NZS adlanan hissəsində Daxili Qoşunlara məxsus N saylı hərbi hissədə güclü yanğın olub. Yanğın nəticəsində havaya qalxan qatı tüstü görməni məhdudlaşdırıb. Nəticədə yolda avtomobillərin hərəkətində problem yaranıb.

Məlumata görə, yanğın sözügedən ərazidə toplanmış zibillikdə başlayıb. Yanğının miqyası o qədər böyüyüb ki, hadisə yerinə bir neçə yanğınsöndürən maşın cəlb edilib.

Qaynar.info