
Onun bədənində çoxsaylı güllə izləri aşkarlanıb
Bakının Xətai rayonunda güllələnmə hadisəsi baş verib. Xətai rayon Polis İdarəsinin 35-ci polis bölməsindən verilən məlumata görə, hadisə dünən saat 15:40 radələrində İsmayılov küçəsi 56, mənzil 17 ünvanında qeydə alınıb.
73 yaşlı Kulitina Klavdevna odlu silahdan açılan atəşdən yaralanıb. Onun bədənində çoxsaylı güllə izləri aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanıb. // ANS PRESS