Xəbər lenti

Bakıda hansı avtobuslar kartla işləyəcək – SİYAHI
Ölkə12:58 26.07.2013

Bakıda hansı avtobuslar kartla işləyəcək – SİYAHI

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xeyli vaxtdır ki, Bakıda ictimai nəqliyyatda ödənişin kart sisteminə keçiriləcəyi barəsində danışılır. 
Artıq bununla bağlı xeyli iş də görülüb. Publika.az-ın əldə etdiyi məlumata görə, ilkin mərhələdə kartla işləyən avtobuslar 20-yə yaxın xətt üzrə hərəkət edəcək. 
Bakı Sərnişin Nəqliyyat MMC-dən bildirilib ki, indiyədək 1, 6, 13, 14, 24, 37, 46, 49, 65, 90, 95, 96 saylı avtobuslarda kart sisteminin tətbiq ediləcəyi dəqiqləşib. Yaxın günlərdə siyahı tam olaraq KİV-də yayımlanacaq. 
Məlumatda bildirilir ki, ikinci mərhələdə nömrəsi 100-dək olan avtobuslarda kart sistemi tətbiq ediləcək. Növbəti mərhələdə isə şəhərətrafı xətlər üzrə bu praktikadan istifadə ediləcək.
Qaynar.info