Xəbər lenti

Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda
Ölkə15:11 14.12.2016

Bakıda havayı "Wi-Fi" olacaq - Yaxın aylarda

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Yaxın bir neçə ay ərzində paytaxt sakinləri və qonaqlar ödənişsiz "Wi-Fi" xidməti vasitəsilə internet şəbəkəsinə daxil ola biləcəklər.

Qaynarinfo.Az Trend-ə istinadən bildirir ki, bunu "Caspian European Club"un iclasında Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Aparatının daxili nəzarət və audit şöbəsinin müdiri Tahir Məmmədov deyib.

Onun sözlərinə görə, "İctimai Wi-Fi" layihəsi çərçivəsində işlər davam edir.

T.Məmmədov deyib: "Wi-Fi xidmətlərindən İçərişəhər və Dənizkənarı Milli Park ərazisində istifadə etmək mümkün olacaq. Bu layihənin əsas məqsədi insanların kütləvi toplaşdığı yerlərdə sakinlər və şəhərin qonaqlarının internetə girişini təmin etməkdir".

Qaynarinfo.Az