Xəbər lenti

Bakıda hərbçini maşın vurdu
Ölkə06:25 23.11.2013

Bakıda hərbçini maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda hərbi qulluqçunu avtomobil vurub


Qaradağ Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Lökbatan qəsəbəsində qeydə alınıb. “QAZel” markalı avtomobil yolu keçən piyada, Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin müddətdən artıq xidmət edən hərbi qulluqçusu Elnur Adışirin oğlu Cəfərovu vurub.
 
Piyada ağır bədən xəsarətləri ilə Baş Klinik Hərbi Hospitala yerləşdirilib.
 
Faktla bağlı araşdırma aparılır.


Qaynar.info