Xəbər lenti

Bakıda hərbi orkestrin müşayiəti ilə yürüş keçirildi
Ölkə06:48 08.11.2022

Bakıda hərbi orkestrin müşayiəti ilə yürüş keçirildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda Zəfər Günü münasibətilə hərbçilərin yürüşü keçirilib.
Qaynarinfo xəbər verir ki, hərbi orkestrin müşayiəti ilə təşkil olunan yürüşdən əvvəl şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib.
Sonra Azərbaycanın Dövlət himni səsləndirilib.
Qeyd edək ki, yürüşlər 3 marşrut üzrə təşkil edilib:
- Heydər Əliyev sarayı - Bülbül prospekti - Nizami Kino Mərkəzi - Neftçilər prospekti - Azadlıq meydanı;
- Şəhidlər Xiyabanı - "Alov qüllələri" kompleksi - "İçərişəhər" metrosu - İstiqlaliyyət küçəsi - Azneft dairəsi - Bəhram Gur heykəli;
- Hüseyn Cavid parkı - Hüseyn Cavid prospekti - Parlament prospekti - Şəhidlər Xiyabanı;