Xəbər lenti

Bakıda homoseksualı niyə öldürdülər? - TƏFƏRRÜAT
Ölkə13:50 14.10.2014

Bakıda homoseksualı niyə öldürdülər? - TƏFƏRRÜAT

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Oktyabrın 11-də Xəzər rayonunun Zirə qəsəbəsində baş vermiş qətlin təfərrüatları məlum olub. Xəzər rayon Polis İdarəsindən vesti.az-a verilən məlumata görə, qəsəbə sakini A.M aralarında yaranmış mübahisə zəminində həmyerlisi O.R-i istifadəsiz tikilidə öldürüb.

1995-ci il A.M 50 yaşlı O.R.-ya 10 bıçaq xəsarəti yetirib. O.R aldığı xəsarətlərdən yerindəcə dünyasını dəyişib.

19 yaşlı A.M qətli törətdikdən sonra polisə gələrək könüllü təslim olub.

Kiriminalistlər 50 yaşlı O.R-in meyitini çılpaq halda aşkar edib. A.M O.R-i mətbəx bıçağı ilə qətlə yetirib.

A.M-in sözlərinə görə, O.R ilə axşam tanışlarının toyundan bir gün əvvəl, toy axşamında əylənmək istəyiblər. O.R A.M-ə pul qarşılığında cinsi əlaqədə olmağı təklif edib.

Cütlük yarımçıq tikiliyə gedərək cinsi əlaqədə olur. Cinsi əlaqəyə girəndən sonra O.R A.M-ə vəd etdiyi pulu verməkdən imtina edib. Bundan sonra hirslənən 19 yaşlı A.M 50 yaşlı O.R-nı öldürüb.

Faktla bağlı Xəzər rayon Prokurorluğunda araşdırma aparılır. // Lent.az

Qaynar.info