Xəbər lenti

Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi
Ölkə 09:41 08.10.2018

Bakıda hündürmərtəbəli binada yanğın: sakinlər təxliyə edildi

Bakıda baş verən yanğında bir nəfər tüstüdən zəhərlənib.

FHN-dən Qaynarinfo-ya verilən məlumata görə, Binəqədi rayonunda doqquzmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsinin pilləkən qəfəsində quraşdırılmış elektrik lövhəsində 21 ədəd elektrik sayğacı yanıb.

Yanğın zamanı 1 nəfər tüstüdən zəhərlənib, üçü azyaşlı olmaqla 14 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təhlükəsiz əraziyə təxliyə olunub. Mənzillər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->