Xəbər lenti

Bakıda hüquq müdafiəçisini maşın vurdu
Ölkə17:06 29.10.2019

Bakıda hüquq müdafiəçisini maşın vurdu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Hüquq müdafiəçisi Oktay Gülalıyevi avtomobil vurub.
Qaynarinfo "Qafqazinfo"ya istinadən xəbər verir ki, bu barədə məlumat sosial şəbəkədə yayılıb.
Bildirilir ki, bu gün axşam saatlarında tanınmış hüquq müdafiəçisi Oqtay Gülalıyevi yol keçərkən avtomobil vurub. Gülalıyev ağır xəsarət almasa da, 1 saylı Təcili Tibbi yardım mərkəzinə yerləşdirilib və müayinədən keçirilib. 
Qəzanı 90-PZ-543 dövlət nömrə nişanlı, "Hyundai" markalı avtomobilin sürücüsü törədib. Sürücü hadisədən dərhal sonra Gülalıyevi xəstəxanaya çatdırıb.