Ötən gün Bakının Nərimanov rayonunda minik maşını alovlanıb. Qaynar.info-nun Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, “Hyundai” markalı minik avtomobilinin qabaq hissəsi yanıb.
Yanğın saat 17:18 radələrində yanğınsöndürənlər tərəfindən söndürülüb.