
Nizami rayonunda intihar hadisəsi baş verib.
27 mart tarixində Qafqaz küçəsində üç uşaq atası, 1969-cu il təvəllüdlü, əslən Naxçıvandan olan Zeynalov Aslan Valeh oğlu öz evinin zirzəmisində intihar edib.
Oxu.Az Vesti.ru-ya istinadən xəbər verir ki, Nizami rayon polis bölməsindən bildirilənə görə, Zeynalovun cəsədini gecə saatlarında kabinet kimi istifadə etdiyi zirzəmidə tapıblar.
Məlumata görə Zeynalov Nizami rayon İcra hakimiyyətində küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsinin müdiri olub.
İntiharın səbəbi müəyyən edilməyib.
Fakt üzrə AR CM 125-ci maddəsinə (intihara sövq) əsasən cinayət işi açılıb.
***
Məsələ ilə bağlı Nizami Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. İcra Hakimiyyətindən “Axar.az”a verilən məlumatda bildirildi ki, onlarda nə küçə-yol şəbəkəsinin təmizlənməsi şöbəsi var, nə də belə bir adam işləyir.
ANS xəbər verir ki, intihar edən şəxs İcra Hakimiyyətinin şöbə müdiri deyil, fəhlədir və kasıbçılıqdan özünə qəsd edib. Araşdırmalar zamanı onun cibindən məktub da tapılıb. Övladlarına xitabən yazılan məktubda bildirilir: “Mən sizə yaxşı ata ola bilmədim. Hər şeyi ananıza danışmışam. Sizdən halallıq istəyirəm. Məni bağışlayın. Əlvida!”.
Qaynar.info