Xəbər lenti

Bakıda III Autizm Festivalı keçiriləcək
Ölkə05:35 01.05.2023

Bakıda III Autizm Festivalı keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Autizm Assosiasiyasının təşkilatçılıgı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə mayın 3-ü Fəvvarələr meydanında III Autizm Festivalı keçiriləcək. 
Autizm festivalı təşkilat komitəsinin sədri Elnur Məmmədli Qaynarinfo-ya bildirib ki, bu sahədə fəaliyyət göstərən reabilitasiya mərkəzləri və idman klubları öz fəaliyyətlərini ictimaiyyətin diqqətinə çatdıracaqlar.
Festivalın keçirilməsində məqsəd Autizm sindromu haqqında cəmiyyəti maarifləndirmək və bu sahəyə diqqəti daha da artırmaqdır. 
Saat 10:00-da başlayacaq tədbirin bədii hissəsində isə incəsənət nümayəndələri konsert proqramı ilə çıxış edəcəklər. 
Festival giriş sərbəstdir.