Paytaxtın Nəsimi rayonu, Ceyhun Səlimov küçəsinin iki gün əvvəl təmiri başa çatıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi bu barədə məlumat yayıb.
Qaynarinfo xəbər verir ki, bu gün küçədə qazıntı ilşəri aparılıb. Bu barədə sosial şəbəkələrdə jurnalist Pərviz Musayev foto paylaşıb.
Fotolardan görünür ki, yenicə təmir olunmuş küçədə hansısa qurum iş görməyi "unudub".