Xəbər lenti

Bakıda iki nəfər dəm qazından boğuldu
Ölkə06:30 27.11.2019

Bakıda iki nəfər dəm qazından boğuldu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 25 yaşlı qız dəm qazından boğulub.
Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə paytaxtın Nizami rayonu, Keşlə qəsəbəsi, Əzim Əzimzadə küçəsində fərdi yaşayış evində qeydə alınıb. 
Şəhər sakini, 1994-cü il təvəllüdlü Talıbova Fatimə Natiq qızı evin hamamında dəm qazından zəhərlənərək ölüb.
Faktla bağlı Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, zərərçəkmişin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.
Daha bir hadisə isə Sabunçu rayonunda qeydə alınıb. Rayonun Ramana qəsəbə sakini, 1973-cü il təvəllüdlü Məmmədov Neman Yusif oğlu yaşadığı evin hamamında çimərkən dəm qazından boğularaq ölüb.
Faktla bağlı Sabunçu rayon Prokukorluğunda araşdırma aparılır.