Xəbər lenti

Bakıda iki nəfər maşında güllələndi (VİDEO)
Ölkə05:26 28.12.2018

Bakıda iki nəfər maşında güllələndi (VİDEO)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Gecə saatlarında paytaxtın Keşlə qəsəbəsində güllələnmə hadisəsi baş verib.
Qaynarinfo oxu.az-a istinadən xəbər verir ki, 10 TO 170 dövlət nömrə nişanlı "Hyundai Elantra” markalı maşın arxadan atəş açılaraq saxlanılıb.
Avtomobildə olan - 1991-ci il təvəllüdlü Tural Babayev və 1988-ci il təvəllüdlü Asif Bağırov elə salondaca güllələnib. 
Tural Babayev hadisə yerində dünyasını dəyişib, Asif Bağırov isə 1 saylı Şəhər Kliniki Xəstəxanası çatdırılıb.
Hadisənin kim və ya kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
Faktla bağlı araşdırma aparılır.