Xəbər lenti

Bakıda iki piyadanı maşın vuraraq öldürdü
Ölkə08:43 28.05.2016

Bakıda iki piyadanı maşın vuraraq öldürdü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda piyadaların vurulması ilə nəticənən yol-nəqliyyat hadisələri baş verib.
Xəzər rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, Buzovna qəsəbəsinin ərazisində, müəyyən edilməmiş avtomobillə yolu keçən Bakı şəhər sakini 1951-ci il təvəllüdlü Rasim Sayad oğlu Xəlilov vurulub.  Nəticədə R.Xəlilov hadisə yerində ölüb.
Analoji hadisə Bakı-Qazax yolunun 34-cü kilometrliyində, Bakının Qaradağ rayonu, Sahil qəsəbəsi ərazisində qeydə alınıb. Saatlı rayon sakini 1990-cı il təvəllüdlü Babək Rəhimov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Ağsu rayon sakini, 1972-ci il təvəllüdlü Vaqif Əzizovu vurub. V.Əzizov hadisə yerində ölüb.
Hər iki faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
Qaynarinfo.az