Xəbər lenti

Bakıda iki qızın özlərini körpüdən atmaq cəhdinin qarşısı alındı - FOTOLAR
Ölkə05:00 06.07.2016

Bakıda iki qızın özlərini körpüdən atmaq cəhdinin qarşısı alındı - FOTOLAR

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Paytaxtda iki qız ətrafdakıları özlərini “Qaqarin körpüsü”ndən atacaqları ilə hədələyib.

Məlumatı virtualaz.org-a hadisənin şahidləri veriblər.

Məlumata görə, hadisə yerinə çoxlu polis və FHN əməkdaşları gəlib.

Amma hüquq-mühafizə orqanlarının hadisə yerində olan əməkdaşları informasiyanı təsdiq etməyiblər. Onlar bununla bağlı hər hansı şərh verməkdən də imtina ediblər.

Şahidlərin sözlərinə görə isə qızlarla aparılan danışıqlardan sonra onları intihar fikrindən daşındırmaq mümkün olub.

Qaynarinfo.az