Xəbər lenti

Bakıda iki sərnişin avtobusu qəza törətdi
Ölkə06:21 06.11.2013

Bakıda iki sərnişin avtobusu qəza törətdi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bu gün səhər saatlarında paytaxtda iki avtobus qəzası baş verib. 

Şahidlərin “Qafqazinfo”ya verdiyi xəbərə görə, Xocahəsən yolunda 117 saylı marşurut avtobusu yol kənarındakı tikiliyə çırpılıb. Daha sonra avtobus dərəyə düşüb. Avtobusda sərnişinlər olub.

Digər avtobus qəzası isə İnşaatçılar metrosunun yaxınlığında olub. Burada 77 saylı avtobus minik maşını ilə toqquşub.

Qəzanın baş verdiyi hər iki yolda tıxac yaranıb. 

Qaynar.info