Bakıda yol qəzası baş verib. Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, 51 saylı marşrut xətti üzrə hərəkət edən “Daewoo” markalı sərnişin avtobusu digər avtobusla toqquşub.
Hadisə nəticəsində 51 saylı avtobusda olan sərnişinlər 1962-ci il təvəllüdlü Ədalət Cahangir oğlu İsmayılov və 1967-ci il təvəllüdlü Rövşən Nizami oğlu Hüseynov müxtəlif bədən xəsarətləri ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Qaynar.info