Xəbər lenti

Bakıda iki yaşayış evində yanğın oldu, sakinlər təxliyə edildi
Ölkə10:34 22.04.2016

Bakıda iki yaşayış evində yanğın oldu, sakinlər təxliyə edildi

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Bakıda iki yaşayış evində yanğın olub.

Qaynarinfo.az-ın  Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Nizami rayonunda vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2,5 kv.m sahədə və digər vətəndaşa məxsus ümumi sahəsi 35 kv.m olan 1 otaqlı mənzilin eyvanının taxtadan ibarət üzlüyü 2 kv.m sahədə yanıb. Yanğın zamanı mənzillərdən 5 nəfər sakin yanğınsöndürənlər tərəfindən təxliyyə edilib.

Bina yanğından mühafizə olunub və yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qaynarinfo.az