Xəbər lenti

Bakıda ilin ən kuryoz oğurluğu - VİDEO
Ölkə05:21 15.08.2014

Bakıda ilin ən kuryoz oğurluğu - VİDEO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Vasifin bu əməlinə görə məhkum olunacağı gözlənilmir

Xəzər Rayon Polis İdarəsinin əməkdaşları öz evindən oğurluq edən şəxsi saxlayıblar.

ANS TV-nin məlumatına görə, Türkan qəsəbə sakini Əliyev Vasif Güləli oğlu və onun ailəsi “102 xidməti”nə zəng vuraraq bildiriblər ki, yaşadıqları evdən televizor və 2600 AZN dəyərində qızıl oğurlanıb.

Rayon polis idarəsinin əməkdaşlarının keçirdikləri zəruri əməliyyat tədbirləri nəticəsində məlum olub ki, Vasif Əliyevin evindən oğurluq edilməyib. Polisin tutarlı faktları və onun özünün səmimi etirafları sayəsində müəyyən edilib ki, evdən televizoru və qızıl zinət əşyalarını Vasif özü götürüb. Maddi ehtiyacı olduğundan qızılları lombarda qoyub pul götürən şəxs televizoru da satdığını deyib.

Vasifin bu əməlinə görə məhkum olunacağı gözlənilmir, çünki qanunla onun ev əşyaları müştərək əmlak sayılır.

Qaynar.info