Xəbər lenti

Bakıda intihara cəhd edən jurnalist evə buraxıldı
Ölkə09:46 31.05.2022

Bakıda intihara cəhd edən jurnalist evə buraxıldı

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda intihara cəhd edən jurnalistlə bağlı yeni açıqlama verilib.
Kliniki Tibbi Mərkəzdən Qaynarinfo-ya verilən məlumata görə, sirkə turşusundan zəhərlənərək Mərkəzin Toksikologiya şöbəsinə yerləşdirilən jurnalist Nəsimi Şərəfxanlı bu gün evə buraxılıb.
"N.Şərəfxanlı may ayının 14-də təcili tibbi yardım maşını ilə ağır vəziyyətdə Mərkəzə gətirilib. Həkimlərin səyi ilə kritik durumda olan jurnalistin həyatını xilas etmək mümkün olub. Bundan sonra onun vəziyyətinin daha da yaxşılaşması üçün müalicəsi davam etdirilib və artıq səhhəti ilə bağlı hər-hansı təhlükə qalmadığına görə evə buraxılmasına qərar verilib”, - deyə məlumatda qeyd edilib.