Xəbər lenti

Bakıda İran casusunun məhkəməsi başlayır
Ölkə10:53 06.09.2013

Bakıda İran casusunun məhkəməsi başlayır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakı Ağır Cinayətlər Məhkəməsində Azərbaycanda terror hadisələri həyata keçirmək istəyən və casusluqda ittiham olunan İran vətəndaşı Feyzi Bəhrəm Həsən oğlunun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Prosesin baxış iclası sentyabrın 13-nə təyin olunub.

Qeyd edək ki, Feyzi Bəhrəm Həsən oğlu Cinayət Məcəlləsinin 214-ci (terrorçuluq), 206-cı (qaçaqmalçılıq),  276-cı (casusluq) və  234-cü (qanunsuz olaraq narkotik vasitələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama) maddələri ilə ittiham edilir.

Qaynar.info