Xəbər lenti

Bakıda tanınmış iş adamı koronavirusdan öldü
Ölkə06:20 28.07.2020

Bakıda tanınmış iş adamı koronavirusdan öldü

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Tanınmış iş adamı Füzuli Fərəcov vəfat edib. Onun koronavirusdan dünyasını dəyişdiyi deyilir.
Qaynarinfo Musavat.com-a istinadən xəbər verir ki, iş adamı bu gün səhər saatlarında dünyasını dəyişib.
Məlumata görə, uzun müddətdir diabet xəstəsi olan F.Fərəcov bir neçə gün əvvəl koronavirusa yoluxub və bu gün dünyasını dəyişib.
Xatırladaq ki, F.Fərəcov "Mohito” və "Paradise” və daha bir neçə gecə klublarının, Novxanıdakı "Kalyon” restoranının sahibidir.
Onu da qeyd edək ki, F.Fərəcovun adı 2017-ci ildə oğlunun lüks avtomobillə piyadanı vuraraq öldürməsi ilə gündəmə gəlmişdi. F.Fərəcovun oğlunun "Porsche" ilə qəza törədən zaman 14 yaşı var idi.