Xəbər lenti

Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı (FOTOLAR)
Ölkə11:58 21.04.2019

Bakıda it 4 yaşlı uşağın üzünü parçaladı (FOTOLAR)

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bakıda 2015-ci il təvəllüdlü Məmişov Hüseyn Qismət oğlu itin hücumuna məruz qalıb.
Qaynarinfo Unikal.org-a istinadən xəbər verir ki, hadisə paytaxtın  Binəqədi rayonunun Sulutəpə qəsəbəsində baş verib.
İt azyaşlının yanaq nahiyəsini  parçalayıb. Məlumata görə, it quduz olduğu üçün uşağı dişləyən kimi ölüb.
Təcili Xocahəsən xəstəxanasına çatdırılan uşaq oradan da 1  saylı Klinik xəstəxanaya aparılıb.
H. Məmişova quduzluq əleyhinə zərdab vurulub və yanağının parçalanmış hissəsi tikilərək bərpa  edilib.
Hazırda müalicəsi davam etdirilir.