
Bakıda itkin düşən 9 yaşlı qız tapılıb. Sabunçu rayon Polis İdarəsindən verilən məlumata görə, 2007-ci il təvəllüdlü Nərmin Ramil qızı Tağızadə Yasamal rayonu ərazisində tapılaraq ailəsinə təhvil verilib.
****
Bakıda 9 yaşlı qız itkin düşüb.
APA-nın məlumatına görə, Ramana qəsəbəsi, Südçülük sovxozu, yeni massivdə yaşayan, Ramil Tağıyev ötən gün axşam saatlarında polisə ərizə ilə müraciət edərək qızı, 2007-ci il təvəllüdlü Nərmin Tağızadənin evdən çıxaraq qayıtmadığını bildirib. Faktla bağlı araşdırma aparılır.
Qaynarinfo.az