Xəbər lenti

Bakıda  IV Beynəlxalq Autizm Festivalı keçiriləcək
Ölkə12:00 27.04.2024

Bakıda  IV Beynəlxalq Autizm Festivalı keçiriləcək

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Mayın 1-də Bakıda Gənclər və İdman Nazirliyinin dəstəyi il IV Beynəlxalq Autizm Festivalı keçiriləcək.
 
Festivalda Türk dövlətlərində və Bakı şəhərində fəaliyyət göstərən autizm qurumları öz işlərini ictimaiyyətin diqqətinə çatdıracaqlar. Festivalda dövlət rəsmiləri, millət vəkilləri və tanınmış ictimai xadimlər iştirak edəcək.
Festivala giriş sərbəstdir. Stendlər səhər saat 11:00-dan axşam saatlarına qədər ziyarətçilər üçün açıq olacaq.  Səhnə, monitor qurulacaq, gün ərzində musiqiçilərin , rəqs qruplarının çıxışları olacaq.
Festival yerli televiziya və radio kanallarında işıqlandırılacaq.
Festivalın proqramı aşağıdakı kimi müəyyənləşdirilib:
1. Saat 11:00 açılış çıxışlar 
2. ⁠12:00 fəxri qonaqların çıxışı
3. ⁠14:00 musiqi saatı 
4. ⁠18:00 bağlanış